Medianın yaydığı məlumatda Rusiya-Belarus birgə regional hərbi qruplaşmasının doldurulması prosesinin davam etdiyi deyilir
Rusiya-Belarus birgə regional hərbi qruplaşmasının doldurulması prosesi davam edir-bu barədə Belarus mediası məlumat yayır.
Medianın yazdığı kimi, məlumatı Belarus Müdafiə Nazirliyi təsdiqləyir. Minskdə Rusiya Silahlı Qüvvələrinin hərbi və xüsusi texnikasının, silahları və şəxsi heyətinin Belarusa gəlməkdə davam etdiyi açıqlanıb.
Belarus Müdafiə Nazirliyində Rusiya-Belarus hərbi qruplaşmasının doldurulmasının ardınca aviasiya qüvvələrinin iştirakı da daxil olmaqla, birgə hərbi təlimlərin keçirilməsinin planlaşdırıldığını açıqlayıblar.
Belarus hakimiyyətində ölkə ərazisində müştərək regional hərbi qruplaşmanın yaradılması barədə qərarın Rusiya-Belarus dövlətinin müdafiəsini gücləndirmək üçün verildiyini bildirirlər.