Medianın yaydığı məlumatda rus milyonçu Pavel Antovun Hindistanda otelin pəncərəsindən yıxılaraq həlak olduğu deyilir

13:52, 28.12.2022

 

Hindistanda rus milyonçu otelin pəncərəsindən yıxılaraq həlak olub. BBC-nin məlumatında ət məhsulları biznesinin sahibi olan iş adamı Pavel Antovun Hindistanın şərqindəki Odişa ştatında həlak olduğu deyilir.

O, ad gününü otellərin birində qeyd edirdi. Rus mediası bir neçə gün əvvəl onun biznes ortağı Vladimir Budanovun da həmin oteldə həlak olduğuna dair məlumat yayır. Polis onun ölümünə səbəbin infarkt olmasını açıqlayıb.

“BBC”nin yazdığı kimi, ötən il iş adamı Pavel Antovun “WhatsApp” vasitəsilə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin tənqid olunduğu mesajı yayılıb. Milyonçu özü bu məlumatı təkzib edib.

“Forbes” Pavel Antovun əmlakını 140 milyon dollar qiymətləndirir.

Oxşar