Medianın yaydığı məlumatda Paşinyanın Putinə rus sülhməramlılarının Laçın dəhlizinə nəzarət edə bilmədiyini söylədiyi deyilir
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Rusiya sülhməramlı kontingentinin Laçın dəhlizinə nəzarət edə bilmədiyini söyləyib. Məlumatı erməni mediası yayır.
Medianın yazdığı kimi, Ermənistanın Baş naziri Laçın dəhlizinin iyirmi gündür bağlı olduğunu və bunun Dağlıq Qarabağda rus sülhməramlılarının məsuliyyət zonası olduğunu bildirib.
“Rusiya Federasiyası Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına (noyabr 2020) əsasən, Laçın dəhlizi rus sülhməramlılarının nəzarətində olmalıdır. Azərbaycan Respublikası isə Laçın dəhlizində sərnişinlərin və yüklərin rahat hərəkətinə təminat verib. İndi məlum olur ki, Laçın dəhlizi rus sülhməramlılarının nəzarətində deyil”- deyə Nikol Paşinyan Rusiya Prezidenti ilə görüşdə qeyd edib.