Medianın yaydığı məlumatda, Avropada qazın qiymətinin min kubmetr üzrə 3500 dollar həddini keçdiyi deyilir
Ukrayna mətbuatının yaydığı məlumatda, “Qazprom”un rus şirkətinin avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını 1”lə qaz nəqlini tamamilə dayandıracağı barədə verdiyi açıqlamadan sonra Avropada qazın qiymətinin min kubmetr üzrə 3500 dollar həddini keçdiyi deyilir. “Qazprom”dan verilən məlumatda, təbii qazın verilişinin məhdudlaşdırılması texniki işlərlə əlaqələndirilir.
ICE birjasının göstəricilərində əks olunduğu üzrə, Hollandiyada qaz tədarükü ilə bağlı müqavilələrin dəyəri sentyabrda TTF qovşağında ticarət nəticəsində bir meqavat saat üçün 341 avroya (bir kubmetr üçün 3,54 min dollar) qədər artıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 600 faiz çoxdur.
Bundan əvvəlki rekord ötən həftə təbii qazın qiymətinin min kubmetr üçün 3000 dolları ötdüyü vaxt qeydə alınıb. 2500 dollardan yuxarı qiymət ilk dəfə Avropada mart ayında, Rusiyanın Ukraynaya müdaxiləsindən bir ay sonra qeydə alınıb.