Medianın verdiyi məlumatda Ukrayna hərbçilərinin 30 ədəd PUA-nı zərərsizləşdirdiyi deyilir

13:07, 19.12.2022

 

Rusiya işğalçı qüvvələrinin Kiyev bölgəsinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 2 nəfər yaralanıb. Ukrayna hərbçiləri 30 ədəd PUA-nı zərərsizləşdiriblər.

Ukrayna mediasının məlumatında bombardman nəticəsində mühüm infrastruktur obyektlərinə və yaşayış evlərinə ziyan dəydiyi deyilir.

Rus hərbçilər Azov dənizinin şərq sahillərindən pilotsuz uçuş aparatlarını buraxıblar. Ukrayna Baş Prokurorluğunda Kiyev vilayətində hüquq-mühafizə orqanlarının rus kamikadze dronlarının hücumu ilə bağlı cinayət işi açdığını açıqlayıblar.

Oxşar