Medianın məlumatına görə, Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 920-yə yüksəlib, 3360 nəfər isə yaralanıb

22:28, 26.06.2026

Venesuelada baş verən zəlzələ nəticəsində azı 920 nəfər həlak olub. Medianın məlumatına görə, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodriqes bildirib.

Bununla yanaşı, 3360 nəfər yaralanıb, 172 nəfər isə hələ də dağıntılar altında axtarılır.

Xorxe Rodriqesin sözlərinə görə, 383 bina, o cümlədən 13 xəstəxana və 25 ticarət mərkəzi zərər görüb.

Zəlzələlər nəticəsində ən çox zərər görmüş ərazilərdən birindən 243 nəfər xilas edilib.

Məlumat üçün bildirək ki, Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Oxşar