Medianın məlumatında Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində həlak olanların sayının 641-ə çatdığı deyilir
Türkiyə və Suriyada baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 641 nəfərə çatıb.
Medianın yazdığı üzrə Türkiyənin 7 vilayətində azı 245, Suriya tərəfində hökumətin nəzarətində olan ərazilərdə 237, üsyançıların nəzarətində olan ərazilərdə isə 150-yə qədər insan həlak olub. Hər iki ölkədə minlərlə insan yaralanıb. Təkcə Qaziantep və Kahramanmaraş vilayətlərində 900-ə yaxın ev dağılıb.
İsgəndərunda xəstəxana çöküb.Qurbanların sayının artacağından ehtiyat edilir. Dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatları bu vaxtadək davam edir. Zəlzələ yerli vaxtla saat 4:17-də baş verib, episentri yerin təxminən 18 kilometr dərinliyində qeydə alınıb.