Medianın məlumatında Rusiyanın işğal etdiyi Berdyanskda, aviabazada ondan çox partlayış baş verdiyi deyilir

20:46, 08.12.2022

 

Rusiya tərəfindən işğal olunmuş Berdyanskda, aviabazada güclü partlayış səsləri eşidilib.

“Ukrainskaya pravda” bazada ondan çox partlayışın baş verməsi haqqında məlumat yayır. Medianın yazdığı kimi, bu barədə məlumatı Zaporojie Hərbi Vilayət Administrasiyasının rəhbəri təsdiqləyir.

Onların yaydığı məlumatda hadisə yerində güclü yanğın başladığı, bununla əlaqədar yanğınsöndürən avtomobillər və təcili yardım briqadalarının səfərbər edildiyi deyilir.

Oxşar