Medianın məlumatında çeçen müxalifətçi, Ramzan Kadırovun tənqidçisi Tumso Abduraxmanovun İsveçdə qətlə yetirildiyi deyilir

12:36, 05.12.2022

 

İsveçdə çeçen müxalifətçi, Ramzan Kadırovun tənqidçisi Tumso Abduraxmanov qətlə yetirilib.

“Azadlıq” radiosu Abduraxmanova qarşı iki il əvvəl də hücum həyata keçirilməsi barədə məlumat verir.

“Adat” müxalifət hərəkatının məlumatına əsasən, Tumsonun qətli ilə bağlı bir neçə gün ərzində daxili təhqiqat aparıblar və əldə edilən məlumatlarla onun ölümü təsdiqlənir, qardaşı Muhammedi isə xüsusi xidmət orqanları gizlədib.

Medianın məlumatında İsveç hüquq-mühafizə orqanlarının hələlik bu məlumatı şərh etmədikləri deyilir. Dekabrın 2-dən bəri qardaşlarla əlaqə saxlamaq mümkün deyil, bundan sonra isə bloqer və tənqidçinin öldürülə biləcəyinə dair şübhə yaranıb.

Oxşar