Medianın məlumatında Avropa İttifaqına üzv ölkələrin Ukraynaya hərbi yardım fondunu iki milyard avro artırmağı planlaşdırdığı deyilir
Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbi yardım fondunu iki milyard avro artırmağı planlaşdırırlar. Bu barədə “Reuters” və “Bloomberg” agentlikləri məlumat yayır.
“Avropa Sülh Fondu”nun artırılması ilə bağlı qərarın dekabrın 12-də Aİ-nin xarici işlər nazirlərinin qəbul edəcəkləri ehtimal olunur.
Qeyd etmək lazımdır ki, bu qərarın təsdiqi üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı lazımdır. Ukrayna indiyədək “Avropa Sülh Fondu”ndan 3,1 milyard avro alıb.