Medianın məlumatına görə, Ukrayna Moskva bölgəsini yanacaqla təmin edən neft nasos stansiyasına dronlarla zərbə endirib
Ukrayna Təhlükəsizlik Xidməti Moskva bölgəsini yanacaqla təmin edən nasos stansiyasına zərbə endirib. Bu barədə Ukrayna mediası məlumat yayır.
Medianın məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatlar mərkəzi “Alfa”nın mütəxəssisləri Rusiyanın Vladimir vilayətində yerləşən “Vtorovo” neft nasos stansiyasına hücum ediblər.
Ukrayna Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, məhz bu stansiya Moskva ətrafında yerləşən iri neft bazalarını, həmçinin “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarını yanacaqla təmin edir.
Ukrayna mediasının məlumatına görə, dron hücumu nəticəsində obyektdə 800 kvadratmetr sahəni əhatə edən irimiqyaslı yanğın baş verib.
Həmin məlumata görə, Ukrayna Müdafiə Qüvvələri mayın 24-də gecə saatlarında Rusiyanın bir neçə obyektinə də zərbələr endirib. Hədəflər arasında Krasnodar diyarında yerləşən “Tamannefteqaz” neft terminalının neft yükləmə körpüsü də olub.