Medianın məlumatına görə, Ukrayna ən böyük litium yataqlarından birini Trampla əlaqəli investorlara satacaq
Ukrayna ən böyük litium yataqlarından birini Trampla əlaqəli investorlara satacaq.
Medianın məlumatına görə, Kirovograd bölgəsində litium yatağının istehsalının paylaşılması ilə bağlı müqavilə tenderində, İrlandiyanın “TechMet” şirkətinin rəhbərlik etdiyi konsorsium qalib gəlib.
Söhbət “Dobra” litium yatağından gedir, bu Ukraynadakı ən böyük yataqlardan biridir. Litium, elektrik batareyaları kimi texnologiyaların əsas komponentidir.
“Qərar hələ də Ukrayna Nazirlər Kabineti tərəfindən rəsmi olaraq təqsdiqlənməlidir, lakin rəsmi şəxslər razılaşmanın faktiki olaraq əldə edildiyini bildirdilər”, – “New York Times” yazır.
Medianın yazdığına görə, qalib gələn konsorsiumun ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə sıx əlaqələri var. Onun üzvləri arasında kosmetika şirkəti Estée Lauder-in varisi Ronald Lauder də var. Lauder Trampın dostudur. Onlar kollec dövründən bəri dostdurlar. Lauder həmçinin Respublikaçılar Partiyasının donoru olub.
“TechMet”in ən böyük səhmdarı ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasıdır.