Medianın məlumatına görə, Tramp administrasiyası Cənubi Qafqazda əlaqələrin açılması ilə bağlı Ermənistan və Azərbaycana təklif təqdim edib, lakin Dövlət Departamenti isə media üçün məlumatın olmadığını bildirir
Donald Tramp administrasiyası Ermənistan və Azərbaycana Cənubi Qafqazda əlaqələrin açılması ilə bağlı təklif təqdim edib.
Karnegi Beynəlxalq Sülh Fondunun məqaləsində qeyd olunub ki, qlobal münaqişələrin həllində öz səylərini nümayiş etdirmək istəyən Tramp administrasiyası ABŞ biznesinin sabitləşdirici qüvvə kimi iştirakını ehtiva edən yeni plan təqdim edib.
Ermənistanın “Armenpress” nəşrinin sualına cavab olaraq ABŞ Dövlət Departamenti bildirib ki, onların bu xəbərlərlə bağlı paylaşacaqları məlumat yoxdur.
“Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda sülh və sabitliyin təşviqinə yönəlmiş səyləri dəstəkləyir. Bizdə mətbuatda göstərilən məlumatlarla bağlı paylaşmalı məlumat yoxdur”, -ABŞ Dövlət Departamentinin nümayəndəsi yazılı şərhində bildirib.