Medianın məlumatına görə, Si Dzinpin Donald Trampla görüşü zamanı Yaponiyanın baş nazirini militarist adlandırıb
Medianın məlumatına görə, Si Dzinpin Donald Trampla görüşü zamanı Yaponiyanın baş nazirini militarist adlandırıb

Çin Prezidenti Si Dzinpin ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı Yaponiyanın Baş naziri Sanae Takaiçini militarist adlandırıb. Diplomatik mənbələrin məlumatına görə, Çin lideri Yaponiyanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş səylərini neo-militarist adlandırıb.

Sanae Takaiçi ötən ilin noyabrında bildirib ki, Tayvan ətrafında münaqişə başlayacağı təqdirdə, Yaponiya müdafiə qüvvələrini yerləşdirə bilər. Bu addım diplomatik münasibətləri uzun müddətdir gərgin olan iki Asiya qonşusu arasında gərginliyi artırıb.

Mənbələrin məlumatına görə, Tramp Si Dzinpinin sözlərinə Takaiçini tərifləməklə cavab verib və sammitdən sonra, mayın 15-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən zəng edərək ABŞ–Yaponiya alyansını bir daha təsdiqləyib. Takaiçi Trampla danışıqdan sonra jurnalistlərə bildirib ki, Tramp və Si Dzinpin görüşü barədə ətraflı məlumat alıb, lakin söhbətin təfərrüatları barədə danışmayıb.

Yaponiya mediasının məlumatına görə, Takaiçi Çinin artan təsiri fonunda ABŞ-ın Hind-Sakit okean regionundakı təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləmək üçün marta ayında Vaşinqtona səfər edib. Tramp və Si Dzinpinin il ərzində daha üç görüş keçirəcəyi, o cümlədən Si Dzinpinin sentyabrda Vaşinqtona səfəri zamanı, həmçinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu sammiti çərçivəsində bir araya gələcəkləri gözlənilir.