Medianın məlumatına görə, Qəzza sektorundan raket hücumları fonunda İsrailin Berşeva şəhər xəstəxanası körpələri və ağır xəstələri müdafiə olunan palatalara köçürməyə başlayıb
Medianın məlumatına görə, Qəzza sektorundan raket hücumları fonunda İsrailin Berşeva şəhər xəstəxanası körpələri və ağır xəstələri müdafiə olunan palatalara köçürməyə başlayıb

 

Qəzza sektorundan davamlı raket hücumları fonunda İsrailin Berşeva şəhər xəstəxanası körpələri və ağır xəstələri müdafiə olunan palatalara köçürməyə başlayıb. Məlumatı yerli media yayır.

“İslami Cihad” tərəfindən yayılan bəyanatda, qruplaşmanın lideri Taiser Cabarinin öldürülməsindən sonra İsrailə qarşı hərəkətlərdə artıq “qırmızı xətlər”in qalmadığı deyilir.

İsrailin Qəzza sektoru ilə həmsərhəd olan şəhərlərində, o cümlədən Sderot və Aşkelonda həyəcan siqnalı çalınır.

Yerli media tərəfindən yayılan məlumatda, İsrail ordusunun hərbi əməliyyat zamanı Qəzza zolağında “İslami Cihad” radikal qruplaşmasının liderini məhv etdiyi deyilir. “İslami Cihad” radikal hərəkatı Qəzza sektorundan İsrail istiqamətində 100-ə yaxın raket atıb. Atılan raketlər ya açıq əraziyə düşüb, ya da “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. İsrail rayonlarında həyəcan siqnalları işə düşüb. Bundan əlavə, İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” hədəflərinə irimiqyaslı hava zərbələri endirib.