Medianın məlumatına görə, müharibə nəticəsində İranda həlak olanların sayı 2 000-i ötüb
İranda müharibə nəticəsində həlak olanların sayı 2 000-i ötüb. Bu barədə “CNN” yazır. Həlak olanlar arasında mülki şəxslər və hərbçilər də var.
İsrailin Livandakı hücumlarında ümumilikdə 773 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanlar arasında 103-ü uşaqdır.
Bununla yanaşı, hücum nəticəsində İraqda 32 nəfər həlak olub. İraq Kürdüstanındakı hərbi bazaya edilən hücumda bir fransız əsgəri də həlak olub.
“CNN”nın yazdığı kimi, müharibənin əvvəlindən bəri Küveyt və Birləşmiş Ərəb Əmirliklərində altı, Bəhreyn və Səudiyyə Ərəbistanında iki, Omanda isə üç nəfər həlak olub.
İsrail və ABŞ-ın itkilərinə gəlincə, münaqişənin əvvəlindən bəri İsraildə 15 nəfər, o cümlədən iki hərbçi və Amerika tərəfində on üç amerikalı hərbçi həlak olub. Bunlardan altısı barədə məlumat bu gün təsdiqlənib. Onlar Qərbi İraqda, yanacaqdoldurma təyyarəsinin qəzasında həlak olublar.