Medianın məlumatına görə, Kit Kelloq Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Kiyevə səfər edəcək
ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloq Ukraynanın Müstəqillik Gününü qeyd edən tədbirlərdə iştirak etmək üçün Kiyevə səfər edəcək.
“Reuters” jurnalistlərinin məlumatına görə, Keloq bu həftə liderlərin göstərdiyi diplomatik səyləri də nəzərdən keçirəcək.
Səfər ABŞ, Ukrayna və Avropanın Kiyev üçün təhlükəsizlik təminatları barədə razılığa gəlməsi fonunda baş tutacaq.
Bundan əvvəl, ABŞ-ın dövlət katibi Marko Rubio və Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak məsləhətçilərlə görüşdə Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini müzakirə ediblər.
Kiyevə səfər edən NATO-nun baş katibi Mark Rutte isə bildirib ki, Avropa ölkələrinin və Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün razılaşdığı təhlükəsizlik zəmanətləri ikisəviyyəli olacaq.