Medianın məlumatına görə, İsrail və Livan bu gün danışıqların daha bir raundunu keçirəcəklər
İsrail və Livan bu gün danışıqların daha bir raundunu keçirəcəklər. Bu barədə “BBC” yazır.
Medianın məlumatına görə, danışıqlar Vaşinqtonda baş tutacaq.
Livan prezidenti Cozef Aun bildirib ki, səfirlər səviyyəsində danışıqlar “İsrail təcavüzünün tamamilə dayandırılmasına, İsrail qüvvələrinin Livan ərazilərindən çıxarılmasına, əsirlərin qaytarılmasına, beynəlxalq sərhəd boyunca ordunun yerləşdirilməsinə və bu müharibə zamanı dağıdılmış ərazilərin yenidən qurulmasına başlanmasına əsaslanır”.
Məlumat üçün bildirək ki, danışıqların birinci mərhələsi 16 apreldə qüvvəyə minən on günlük atəşkəs razılaşması ilə başa çatdı.