Medianın məlumatına görə, İranın Səudiyyə Ərəbistanının hava bazasını bombalaması nəticəsində ABŞ hərbi hava nəzarəti və yanacaq doldurma təyyarələri məhv edilib və zədələnib
Medianın məlumatına görə, İranın Səudiyyə Ərəbistanının hava bazasını bombalaması nəticəsində ABŞ hərbi hava nəzarəti və yanacaq doldurma təyyarələri məhv edilib və zədələnib

İranın Səudiyyə Ərəbistanında hava bazasını bombalaması nəticəsində ABŞ ordusuna məxsus hava nəzarəti və yanacaq doldurma təyyarələri məhv edilib və zədələnib.

Rəsmi şəxsə istinadən Amerika mediası yazır ki, erkən xəbərdarlıq və idarəetmə təyyarəsinə İranın Səudiyyə Ərəbistanında yerləşən hava bazasına hücumu nəticəsində ciddi ziyan dəyib.

İnternetdə yayımlanan yeni materialdan görünür ki, hücum zamanı havada erkən xəbərdarlıq və idarəetmə sistemi (AWACS), Boeing E-3 Sentry təyyarəsinə ciddi ziyan dəyib.

Boeing E-3 Sentry kimi “AWACS” tipli təyyarələr, yüzlərlə kilometr məsafədən təyyarə və raketləri izləmək üçün qabaqcıl radar sistemlərindən istifadə edir və bu da komandanlara döyüş meydanını real vaxt rejimində havadan izləmək imkanı verir.

Məlumata görə, Səudiyyə Ərəbistanında hava bazasına hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd operativ E-3 Sentry təyyarəsi var idi. İran raketləri və dronları ilə Şahzadə Sultan hava bazasına hücum martın 27-də həyata keçirilib və nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb.