Medianın məlumatına görə, İranın ballistik raketi İsrailin Beer-Şeva şəhərinə düşüb
İranın ballistik raketi İsrailin Beer-Şeva şəhərinə düşüb, – “The Times of Israel” məlumat yayır.
Nəşrin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Raket yaşayış binalarının yaxınlığında düşüb, nəticədə bir neçə avtomobil yanıb. Yaxınlıqdakı evlərə də ziyan dəyib.
Bundan əvvəl məlum oldu ki, İran tərəfindən ballistik raketin buraxılması səbəbindən Cənubi İsraildə, Beer-Şeva və ətraf şəhərlərdə hava həyəcanı siqnalının səsi eşidilib. İsrail Müdafiə Qüvvələri sakinlərə sığınacaqdan artıq çıxa biləcəkləri barədə bildiriş göndərib.