Medianın məlumatına görə, ifrat sağçı fəalın qətli ilə bağlı işdə ittiham olunanlar arasında Fransa parlamentinin üzvünün köməkçisi də var
Fransa parlament üzvünün köməkçisi də ifrat sağçı fəalın qətlində ittiham olunanlar arasındadır. “Reuters” məlumat yayır.
Lion prokuroru Tier Dranın bildirdiyinə görə, Fransa parlamentinin deputatının köməkçisi, ifrat solçu “İtaətsiz Fransa” (LFI) partiyasının üzvü ilə işləyən şəxs, ifrat sağçı fəalın ölümündən sonra qətldə ittiham irəli sürülən yeddi nəfər arasında yer alır.
Məlumat üçün bildirək ki, 23 yaşlı tələbə Kventin Deran fevralın 14-də, Lion şəhərində bir qrup maskalı gənclər tərəfindən amansızcasına döyülməsindən iki gün sonra vəfat edib. Hadisə Liondakı Siyasi Elmlər İnstitutunda (Sİİ) baş verib, orada Deran ifrat sağçı feminist qrupun müdafiəsində iştirak edirdi.
23 yaşlı tələbə və ifrat sağçı fəal Kventin Deranın qətli işi ilə bağlı 11 nəfər saxlanılıb. Fransız mediasının yazdığına görə, saxlanılan şəxslərdən yeddisi birbaşa mərhum tələbənin döyülməsində iştirak edib.
Mediyanın yazdığına görə, bu qətl “İtaətsiz Fransa” partiyası və partiyanın veteran lideri Jan-Lük Melançon üzərində böyük təzyiq yaradır; Melançon gələn il keçiriləcək prezident seçkilərində ehtimal olunan namizəddir.