Medianın məlumatına görə, Hollandiyada polis Yeni il gecəsi təxminən 250 nəfəri həbs edib
Hollandiyada polis Yeni il gecəsi təxminən 250 nəfəri həbs edib, – bu barədə yerli media yazır.
Polisin dediyinə görə, Yeni il gecəsi iğtişaşlarla, təcili yardım əməkdaşlarına məqsədyönlü hücumlar və yanğınlarla yadda qalıb.
Hollandiyanın ədliyyə naziri Forte van Osten ölkə miqyasında polis, yanğınsöndürən və təcili yardım əməkdaşlarına hücum edildiyini bildirib.
“Təkcə Amsterdamda polis müxtəlif cinayətə görə 52 nəfəri həbs edib. Təcili yardım maşınları 275 dəfə, yanğınsöndürmə xidməti isə 300 dəfədən çox çağırılıb ki, bu da ötən illə müqayisədə kəskin artımdır”, – şəhər, polis və prokurorluğun birgə bəyanatında deyilib.
Bununla yanaşı, ölkə miqyasında yanğınsöndürənlər 4300-ə yaxın dəfə çağırılıb ki, bu da ötən illə müqayisədə 4%, əvvəlki illə müqayisədə isə 16% artım deməkdir.
Ölkə miqyasında müxtəlif böyük xəstəxanalarda, xüsusən də Haaqa və Eyndhoven şəhərlərində pirotexniki vasitələrdən yaranan xəsarətlərin sayı xeyli artıb.
Bununla yanaşı, Yeni il gecəsi Amsterdamın mərkəzində baş vermiş yanğın tarixi Vondelkerk kilsəsini demək olar ki, tamamilə məhv edib.