Medianın məlumatına görə, Donald Tramp Birləşmiş Qərargah Rəisi və Müdafiə Naziri ilə birlikdə İranın cavab tədbirlərinin müzakirə olunduğu situasiya otağındadır
ABŞ Prezidenti Donald Tramp bu dəqiqələrdə situasiya otağındadır. Beynəlxalq medianın yüksək vəzifəli şəxslərə istinadən yazdığına görə, Donald Trampla birlikdə situasiya otağında ABŞ-ın Birləşmiş Qərargah Rəisi general Den Keyn və müdafiə naziri Pit Heqseti də var.
Medianın məlumatına görə, onlar İranın cavab tədbirlərini izləyirlər. Əlavə təfərrüatlar hələlik məlum deyil.
Xatırladaq ki, İran Qətərdə yerləşən Amerika bazaları istiqamətində raketlər atıb. Daha sonra Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibinin bildirdiyinə görə, hadisə nəticəsində həlak olan olmayıb. Həmçinin, xəsarət alan yoxdur.