Medianın məlumatına görə, Donald Tramp 17 oktyabrda Vaşinqtonda Volodimir Zelenski ilə görüşəcək
Medianın məlumatına görə, Donald Tramp 17 oktyabrda Vaşinqtonda Volodimir Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp 17 oktyabrda Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Müvafiq məlumatı “Financial Times” qəzeti öz mənbələrinə istinadən yayır.

Zelenski ilə Trampın son görüşü sentyabrın sonunda Nyu-Yorkda, BMT Baş Assambleyasının çərçivəsində baş tutub.

Cari həftə Ukrayna nümayəndə heyəti baş nazir Yuliya Sviridenkonun rəhbərliyi ilə ABŞ-da görüşlər keçirəcək. Heyətin tərkibinə həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Katibi Rustem Umerov və Prezident Administrasiyasının rəhbəri Andrey Yermak daxildir.

Vaşinqtonda müzakirə olunacaq mövzular arasında Ukraynanın müdafiəsinin gücləndirilməsi, energetika və Rusiyaya qarşı sanksiyalar da var.