Medianın məlumatına görə, Böyük Britaniyanın baş naziri Co Baydenlə görüşdən əvvəl Britaniyanın ABŞ-dakı səfiri ilə görüşüb
Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtonda Co Bayden ilə görüşdən əvvəl Britaniya səfirliyinə baş çəkib.
Starmer Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Böyük Britaniyanın ABŞ-dakı səfiri ilə görüş keçirib.
Baydenlə planlaşdırılan görüşə gəlincə, medianın yazdığı kimi, Bayden və Starmerin söhbətinın əsas mövzusu Ukraynaya dəstək üçün növbəti addımlar olacaq və Rusiya ərazisində Qərb raketlərinin istifadəsi məsələsinə xüsusi diqqət yetiriləcək.
Ukrayna prezidenti Volodimir Zelenski aylar ərzində müttəfiqlərindən Ukraynaya ABŞ-ın uzaqmənzilli “ATACMS” və Britaniyanın “Storm Shadows” də daxil olmaqla Qərb raketlərini Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə vermələrini xahiş edir.