Medianın məlumatına görə, Berlindəki danışıqlar zamanı Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Donbasın tam təhvil verilməsi üçün Ukrayna tərəfinə təzyiq göstərirdilər
Berlində keçirilən danışıqlar zamanı Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Donbasın tam təhvil verilməsi üçün Ukrayna tərəfinə təzyiq göstərirdilər.
Ukrayna mediasının yazdığına görə, bu barədə “France Presse” agentliyi anonim mənbəyə istinadən məlumat yayır.
Danışıqların gedişi barədə məlumatı olan rəsmi mənbənin agentliyə bildirdiyinə görə, ABŞ nümayəndələri istəyirlər ki, Ukrayna Donbas üzərində nəzarətdən imtina etsin, bunun qarşılığında isə Rusiya ilə sülh danışıqları təklif olunsun.
Mənbənin dediyinə görə, “Putin əraziləri istəyir”.
“France Presse”in respondenti qeyd edib ki, ABŞ Ukraynadan Donbasdan qoşunların çıxarılmasını tələb edir, Kiyev isə bu tələblə razılaşmır.
Bu gün və dünən ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların iki raundu baş tutub. Volodimir Zelenski ilə Fridrix Merts arasında ikitərəfli görüş yaxın vaxtlarda Berlində keçiriləcək və daha sonra onlara Fransa, Birləşmiş Krallıq, İtaliya, Polşa, Danimarka, Finlandiya, Norveç, İsveç, Avropa İttifaqı və NATO liderləri qoşulacaq.