Medianın məlumatına görə, Avropanın üç ölkəsində "HiPP" uşaq qidası bankalarına siçan zəhəri yerləşdirilməsi işi üzrə şübhəli şəxs saxlanılıb
Medianın məlumatına görə, Avropanın üç ölkəsində "HiPP" uşaq qidası bankalarına siçan zəhəri yerləşdirilməsi işi üzrə şübhəli şəxs saxlanılıb

Avstriya, Çexiya və Slovakiyada “HiPP” uşaq qidası bankalarına siçan zəhəri yerləşdirilməsi işi üzrə şübhəli şəxs saxlanılıb.

Bu barədə yerli media məlumat yazır.

Medianın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “HiPP” uşaq qidası şirkətindən pul tələb edilməsi işi üzrə adı hallanan şəxsi saxlayıblar.

Yayılan məlumata görə, 39 yaşlı kişi saxlanılıb.

İstintaqın maraqlarından irəli gələrək, polis hazırkı mərhələdə əlavə detalları, o cümlədən saxlanılma yerini və şübhəli şəxsin şəxsiyyətini ictimaiyyətə açıqlamır.

İstintaqla həmçinin müəyyən edilib ki, Avstriya, Çexiya və Slovakiyada mağaza rəflərində aşkar edilən və tərkibində siçan zəhəri olan uşaq qidaları bir nəfərlə əlaqəlidir. O, şirkətdən iki milyon avro tələb edirdi, əks halda zəhərli bankaları Çexiyanın BrnoSlovakiyanın Dunayska Streda şəhərlərindəki “Tesco” supermarketlərinə, həmçinin Avstriyanın Ayzenştadt şəhərindəki “İnterspar” mağazasına yerləşdirəcəyi ilə hədələyirdi.