Medianın məlumatına görə, ABŞ-dakı atışmada şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, onun hədəfi Donald Trampla əlaqəli rəsmi şəxslər olub
Medianın məlumatına görə, ABŞ-dakı atışmada şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, onun hədəfi Donald Trampla əlaqəli rəsmi şəxslər olub

ABŞ-da baş vermiş atışmada şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, onun hədəfi ABŞ Prezidenti Donald Trampla əlaqəli rəsmi şəxslər olub. Bu barədə Amerika mediası məlumat yayır.

Yayılan məlumata görə, hadisə zamanı ən azı beşdən səkkizə qədər atəş açılıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun agentləri və polis əməkdaşları Kaliforniyada hücumçu ilə əlaqəli olduğu ehtimal edilən bir mənzildə axtarış aparırlar.

Vaşinqton ştatının prokuroru Canin Piro bildirir ki, şübhəli şəxsə iki ittiham irəli sürülüb – zorakı cinayət zamanı odlu silahdan istifadə və federal məmurlara silahla hücum. Prokurorun sözlərinə görə, şübhəli şəxs 27 apreldə federal məhkəmə qarşısına çıxarılacaq.

Şübhəli 31 yaşlı Koul Tomas Alendir. Sosial şəbəkələrdə yayımlanan materiallardan məlum olur ki, o, Kaliforniya ştatının Los-Anceles yaxınlığında, Torrens şəhərində müəllim olub.