Medianın məlumatına əsasən, Ukrayna pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın bir neçə bölgəsinə və Krıma hücum edib, iki mülki şəxs həlak olub
Ukrayna pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın bir neçə bölgəsinə və Krıma hücum edib. Bu barədə media Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayır. Onların söylədiyinə görə, Rusiya ərazisində 56 Ukrayna dronu məhv edilib, o cümlədən 27-si Voronej vilayətində vurulub.
Medianın yazdığına görə, Azov dənizində bir neçə dron zərərsizləşdirilib, Krımda ərazisində isə üç dron məhv edilib.
Medianın məlumatına görə, dronlarla hücum Krasnodar və Rostov vilayətlərində də həyata keçirilib.
Bununla yanaşı, Belqorod qubernatoru hücum nəticəsində iki mülki şəxsin həlak olduğunu, daha bir nəfərin yaralandığını bildirib.