Medianın məlumatına əsasən, İspaniyada daşqın nəticəsində ölənlərin sayı 205-ə yüksəlib

19:10, 01.11.2024

İspaniyada daşqın nəticəsində ölənlərin sayı 205-ə yüksəlib. Ən çox, 202 nəfər Valensiyada həlak olub, Kastilya-La Mançada 2 nəfər, Andalusiada isə bir nəfər həlak olub.

Xilasetmə qrupları bir neçə yerdə axtarış işlərini davam etdirir. Təbii fəlakət nəticəsində ziyan dəymiş ərazilərin təmizlənməsinə hərbçilər də qoşulublar.

Meteorologiya Agentliyində bildirirlər ki, pis hava şəraiti yaxın günlərdə də davam edəcək.

Oxşar