Medianın məlumatına əsasən, “Hizbullah”ın qərargahına hücumun hədəfi qruplaşmanın lideri Həsən Nəsrullah olub
Medianın məlumatına əsasən, “Hizbullah”ın qərargahına hücumun hədəfi qruplaşmanın lideri Həsən Nəsrullah olub.
“Hizbullah” mənbələri müxtəlif media vasitəsinə Nəsrullahın sağ olduğunu və özünü təhlükəsiz hiss etdiyi ilə bağlı məlumat verirlər. Hələlik İsrail də “Hizbullah” liderinin öldürüldüyünü təsdiqləməyib.
Məlumat üçün bildirək ki, bu gün İsrail “Hizbullah”ın mərkəzi qərargahına hücum edib. İsrailli hərbçilər qruplaşmanın qərargahının Beyrutun cənubunda Dahiyənin şəhərətrafında, yaşayış binalarının altında yerləşdiyini bildirirlər.