Medianın məlumatına əsasən, Çin ABŞ-la Çinin zərərinə ticarət müqaviləsini imzalayacaq ölkələrə xəbərdarlıq edir
Flag by the Shaanxi Government Building - Xi'an
Çin ABŞ-la Çinin zərərinə ticarət müqaviləsini imzalayacaq ölkələrə xəbərdarlıq edir. Bu barədə “Bloomberg” Çin Kommersiya Nazirliyinə istinadən məlumat yayır.
Pekində bildirirlər ki, onlar, ölkələrin ABŞ ilə ticarət mübahisələrini həll etmək istəyinə hörmətlə yanaşırlar, hərçənd, “onlar hər hansı bir tərəfin Çinin maraqları bahasına müqavilə imzalamasına qarşıdırlar”.
“Belə bir şey olarsa, Pekin buna heç vaxt razı olmayacaq və qətiyyətli cavab tədbirləri görəcək. Çin bütün tərəflə həmrəyliyi və koordinasiyanı gücləndirməyə, birtərəfli zorakılıq aktlarına birgə reaksiya verməyə və onlara müqavimət göstərməyə hazırdır”, – Çin Ticarət Nazirliyində bildirirlər.
Məlumat üçün bildirək ki, “Wall Street Journal” bundan əvvəl məlumat yaydı ki, ABŞ hökuməti müxtəlif ölkələrlə tariflərin ləğvi ilə bağlı danışıqlar çərçivəsində həmin dövlətlərdən Çinlə ticarəti məhdudlaşdırmağı tələb etməyi planlaşdırır. Nəşr yazır ki, Ağ Ev xarici ölkələrdən Çin malının onların ölkələrinin ərazisi vasitəsilə tranzitini məhdudlaşdırmağı, Çin şirkətlərinin ofislər açmasına mane olmağı və çinlilərin öz bazarlarına ucuz sənaye komponentləri daxil etməsinə mane olmağı tələb edir.