Media Ukrayna Silahlı Qüvvələrinin Xersonda əks-hücuma keçdiyi barədə məlumat yayır

16:58, 29.08.2022

 

Ukrayna Silahlı Qüvvələri Xersonda əks-hücuma keçib. Bu barədə Ukrayna mətbuatı məlumat yayır. Bundan başqa, sosial şəbəkələrdə məlumat və hücumun xəritəsi yayılır.

Xersonla bağlı Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da kiçik post dərc edib.

“İrəlidə bizim Xersonumuzdur” -deyə Yermak yazır.

Şəhərdə partlayış və atışma səsləri eşidilir. Yerli media rus işğalçıların ərazidən qaçdığını yazır. Mikolayevdə də partlayış səsləri eşidilir. Şəhərdə hava hücumundan xəbərdarlıq elan edilib.

Oxşar