Media Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayının 3432 nəfərə çatması barədə məlumat yayır

14:54, 07.02.2023

 
Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 3432-yə çatıb, ölkənin on vilayətində yaralananların sayı isə 21 103 nəfərdir. Məlumatı türk mediası yayır.

Axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir. Əməliyyatlarda 25 mindən çox xilasedici, yüzlərlə xüsusi texnika və minlərlə tikinti texnikası iştirak edir.

Türkiyəyə həmçinin 65 ölkə yardım edir. Bu ölkələrdən 14-dən 3300-ə yaxın xilasedici artıq fəlakət bölgəsinə çatıb. Ölkənin vitse-prezidenti bildirib ki, onlar xarabalıqlar altında qalan 8000-ə qədər insanı xilas edə biliblər.

Təbii fəlakət ən azı 5775 bina-tikilini məhv edib. Bu mərhələdə 380 500-ə yaxın zərərçəkmiş sığınacaqlara köçürülüb.

Oxşar