Media tərəfindən yayılmış məlumatda, Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Luqansk vilayətində “Vaqner”in qərargahını bombardıman etdiyi deyilir
Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Luqansk vilayətində, Popasnayada yerləşən rus muzdlu döyüşçülərin, “Vaqner”in qərargahını bombardıman edib. Ukrayna mətbuatı bu barədə “Azadlıq” radiosuna istinadən məlumat yayır.
Kremlə yaxın olan və “Vaqner”in sahibi olaraq görülən Yevqeni Priqojinin partlayış zamanı həlak olduğu ehtimal edilir.
“Azadlıq” radiosu , avqustun 8-də rus hərbi müxbirin Serqey Sredanın sözügedən qərargahda olması və fotoları sosial şəbəkədə yayması ilə əlaqədar məlumat yayır. Şəkillərdən birində arxa planda ünvanın əks olunduğu lövhə görünür, nəticədə qərargahın yerini müəyyənləşdirmək mümkün olub. İkinci şəkildə isə Yevqeni Priqojin göstərilir.
“Azadlıq” radiosunun məlumatında, Serqey Sredanın şəkilləri sildiyi, lakin sosial şəbəkələrdə çoxlu surətlərin yayıldığı deyilir.