Media tərəfindən yayılmış məlumatda, Ukrayna qarğıdalısı ilə yüklənmiş “Razon” yük gəmisinin Bosfor boğazından keçərək Aralıq dənizi istiqamətində hərəkət etdiyi deyilir
Media tərəfindən yayılmış məlumatda, Ukrayna qarğıdalısı ilə yüklənmiş “Razon” yük gəmisinin Bosfor boğazından keçərək Aralıq dənizi istiqamətində hərəkət etdiyi deyilir

 

Ukrayna qarğıdalısı ilə yüklənmiş “Razon” yük gəmisi Bosfor boğazından keçərək Aralıq dənizi istiqamətində hərəkət edir. Ukrayna mətbuatı tərəfindən yayılmış məlumatda, gəminin Türkiyəyədək dırnaq arası “Taxıl dəhlizi” ilə gəldiyi, burada birgə koordinasiya mərkəzindən olan Ukrayna, BMT, Türkiyə və Rusiya Federasiyasının bir qrup nümayəndəsi tərəfindən gəmiyə baxış keçirildiyi deyilir.

“Razon” fevralın 24-dən sonra Odessa limanından Ukrayna ərzaq məhsullarını çıxaran ilk gəmidir. Gəmi 26 min ton qarğıdalı ilə yüklənib.

Sierra Leone bayrağı altında üzən “Razon” Liviyanın Tripoli limanına doğru hərəkət edəcək. Hazırda Odessa vilayətinin limanlarında Ukrayna taxılı ilə yüklənmiş və yola düşməyi gözləyən daha 16 gəmi qalıb.