Media tərəfindən yayılmış məlumatda, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında toqquşmaların getdiyi, itkilərin olduğu deyilir
Media tərəfindən yayılmış məlumatda, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında toqquşmaların getdiyi, itkilərin olduğu deyilir

 

Dağlıq Qarabağda Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında toqquşmalar gedir, itkilər var. Azərbaycan mətbuatının məlumata əsasən, erməni tərəfinin bombardmanı nəticəsində Azərbaycan əsgərinin həlak olması səbəbilə , ölkənin silahlı qüvvələri anti-terror əməliyyatına başlayıb.

Yayılmış məlumatlarda, silahlı qarşıdurmanın Laçın istiqamətində getdiyi deyilir. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılmış məlumatda, əməliyyat çərçivəsində erməni hərbi birləşməsinin artilleriya divizionunun və bir nəzarət məntəqəsinin məhv edildiyi deyilir.

Azərbaycan mətbuatı, avqustun 3-də səhər saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan ordusunun Laçın rayonu istiqamətində dislokasiya olunmuş bölmələrinin mövqelərinin intensiv şəkildə atəşə tutulduğu barədə yazır. Bombardıman nəticəsində Azərbaycan ordusunun bir əsgəri həlak olub.

Erməni mətbuatı da Qarabağda atışma baş verməsi barədə məlumat yayır, məlumatda avqustun 3-ü səhər saatlarından Azərbaycan hərbi birləşmələrinin atəşkəs razılaşmasını pozaraq, Qarabağın Müdafiə Ordusuna qarşı qumbaraatanlardan və pilotsuz uçuş aparatlarından istifadə etdiyi deyilir. Yayılmış məlumatda, toqquşma nəticəsində 1 əsgərin həlak olduğu, 7 əsgərin isə xəsarət aldığı deyilir.