Media tərəfindən yayılmış məlumatda Cənubi Koreyanın Şimali Koreya istiqamətində 3 raket atdığı deyilir

22:52, 02.11.2022

 

Cənubi Koreya Şimali Koreyaya cavab olaraq 3 raket atıb. “Hava-yer” raketləri mübahisəli dəniz demarkasiya xətti yaxınlığına düşüb. Məlumatı “BBC” yayır.

Media tərəfindən yayılmış məlumatda bildirilir ki, bundan əvvəl Pxenyan cənub istiqamətində bir gündə 23 raket atıb, onlardan biri Cənubi Koreyanın Sokço şəhərindən 60 kilometr aralıya düşüb. Pxenyan Seulun Vaşinqtonla birgə keçirdiyi irimiqyaslı hərbi təlimlərə cavab olaraq bu raketləri atdığını açıqlayıb.

Yayılmış məlumatda Pxenyanın daha sonra daha altı raket və 100-ə yaxın artilleriya mərmisi atdığı deyilir.

Seul baş verən insidenti öz ərazilərinə qarşı “qəbuledilməz” hadisə kimi qiymətləndirib.

Oxşar