Media tərəfindən yayılan məlumatda Vladimir Putinin Ukrayna sərhədinə “nüvə qatarı” göndərilməsi barədə əmr verdiyi deyilir
Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədinə “nüvə qatarı” göndərilməsi barədə əmr verib. Bu barədə “Times” məlumat yayır.
Nəşr yazır ki, prezident Putin Ukrayna sərhədlərində nüvə sınağı keçirməklə kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirmək niyyətindədir.
Medianın yazdığı üzrə yəqin ki, NATO üzvlərinə xəbərdarlıq edib.
“Rusiya döyüş meydanında mövqelərini itirdiyi üçün Kreml ciddi eskalasiyaya hazır olduğuna işarə edir. Putinin bu cür taktikalara əl atacağına dair əvvəlki eyhamları ilə bağlı qorxular dünən gizli nüvə bölməsi tərəfindən idarə olunan qatarın Ukraynaya göndərilməsi ilə bağlı iddialarla daha da artdı”-deyə “Times” yazır.
Nəşrin yazdığına əsasən, Rusiyanın mərkəzində görünən qatar Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsi ilə bağlıdır və “nüvə sursatları, onların saxlanması, onlara qayğı, daşınması və bölmələrə çatdırılmasına cavabdehdir”.