Media tərəfindən yayılan məlumatda, Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində 50 kilometr irəlilədiyi və 20-dən çox yaşayış məntəqəsini azad etdiyi deyilir

17:14, 08.09.2022

 

Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində 50 kilometr irəliləyib və 20-dən çox yaşayış məntəqəsini azad edib. Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromovun brifinqdə açıqladığı deyilir.

O, Ukrayna müdafiə qüvvələrinin Xarkov vilayətinin 700 kvadrat kilometrdən çox ərazisini nəzarət altına aldığını bildirir.

“Xarkov istiqamətində aparılan müdafiə əməliyyatı çərçivəsində itirilmiş ərazilərin bərpası məqsədilə bu həftənin əvvəlindən Ukrayna Silahlı Qüvvələri Milli Qvardiyanın və digər güc strukturlarının bölmələri ilə əməkdaşlıq yoluyla müəyyən istiqamətlərdə aktiv döyüş əməliyyatları aparır. Bir neçə yaşayış məntəqəsi azad edilib. Xarkovun Yujnobuj istiqamətində Ukraynanın nəzarətinə qaytarılan ərazinin ümumi sahəsi 700 kvadrat kilometrdir”-deyə Qromov bildirib.

Bununla yanaşı, Qromov Ukrayna ordusunun Kramatorsk istiqamətində taktiki vəziyyəti yaxşılaşdıraraq iki kilometr, Savyansk istiqamətində isə üç kilometr irəliləyərək Ozernoe qəsəbəsini azad etdiyini bildirir.

Oxşar