Media tərəfindən yayılan məlumatda Tacikistan-Qırğızıstan sərhəd zolağında baş vermiş silahlı qarşıdurmanın insan tələfatı ilə nəticələndiyi deyilir

17:49, 14.09.2022

 

Tacikistan-Qırğızıstan sərhədində baş verən silahlı qarşıdurma insan tələfatı ilə nəticələnib. Tacikistan mətbuatı tərəfindən verilən məlumatda qarşılıqlı atışma nəticəsində iki tacik sərhədçisinin həlak olduğu, 11 nəfərin isə xəsarət aldığı deyilir.

Media, yaralananlar arasında altı sərhədçi və beş yerli sakin olduğunu yazır. Qırğızıstan tərəfinin snayper atəşi nəticəsində tacik sərhədçilərindən birinin həlak olduğu bildirilir.

Sentyabrın 14-də Tacikistanın Qırğızıstanla həmsərhəd olan Zümradi İsfara icmasının ərazisində iki ölkənin sərhədçiləri arasında atışma başlayıb. Yerli hakimiyyət Qırğızıstan tərəfdən ərazinin bombalanması haqqında da məlumat yayır.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin məlumatına görə, insident nəticəsində iki hərbçi yaralanıb. Qırğızıstan hakimiyyəti mülki vətəndaşların xəsarət alması ilə bağlı da məlumat yayır.

Oxşar