Media tərəfindən yayılan məlumatda Şimali Osetiyaya Rusiyanın digər regionlarında qeydiyyatda olan avtomobillərlə girişin qadağan edildiyi deyilir

18:53, 28.09.2022

 
Şimali Osetiya hakimiyyəti Rusiyanın digər bölgələrində qeydiyyatda olan dövlət nömrə nişanlı avtomobillərin respublikaya girişini qadağan edib.

Media tərəfindən yayılan məlumatda Şimali Osetiyanın rəhbəri Sergey Menyailonun gücləndirilmiş hazırlıq rejiminin tətbiqi ilə bağlı fərmanı artıq imzaladığı deyilir.

Fərmana əsasən, məhdudiyyət Gürcüstanda və de-fakto Cənubi Osetiyada qeydiyyatda olan avtomobillərə şamil edilmir. Sözügedən fərman Gürcüstan sərhədinə yaxın, insanların toplaşdığı yerlərdə yemək, istilik və istirahət məntəqələrinin təşkilini də nəzərdə tutur.

Oxşar