Media tərəfindən yayılan məlumatda separatçıların nəzarətində olan Donetsk, Luqansk və Xerson ərazilərində Rusiya ilə birləşmək üçün qondarma referendumların sentyabrın 23-27-də keçiriləcəyi deyilir
Separatçıların nəzarətində olan Donetsk, Luqansk və Xerson ərazilərində Rusiya ilə birləşmək üçün qondarma referendumlar sentyabrın 23-27-də keçiriləcək.
Rus mətbuatı tərəfindən yayılan məlumatda, özünü elan etmiş Donetsk Respublikasının Xalq Şurasının deputatlarının da Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendumla bağlı qanunu qəbul etdiyi deyilir.
Donetskli separatçıların lideri Denis Puşilin qondarma referendumun keçirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verib. Bundan əvvəl, Luqansk separatçılarının lideri Leonid Paseçnik qondarma referendumun keçirilməsi qanununu imzalayıb.