Media tərəfindən yayılan məlumatda, saziş imzalandıqdan sonra Ukraynadan 1,5 milyon ton taxıl ixrac edildiyi deyilir

15:42, 30.08.2022

 

Saziş imzalandıqdan sonra artıq Ukraynadan 1,5 milyon ton taxıl ixrac edilib.

Məlumatı “Reuters” agentliyi yayır.

Medianın yazdığı üzrə, avqustun əvvəlindən ərzaqla yüklənmiş 61 yük gəmisi Ukrayna limanlarını tərk edib və bu gəmilər vasitəsilə 1,5 milyon Ukrayna taxılı ixrac edilib.

“Reuters” Ukraynanın İnfrastruktur Nazirliyinin bəyanatına istinadən bu gün 183 min ton kənd təsərrüfatı məhsulları ilə yüklənmiş daha üç gəminin Ukrayna limanlarını tərk etdiyini bildirir.

Mövcud məlumatlarda, Ukraynadan ixrac edilən məhsulların 62 faizinin qarğıdalı olduğu, ikinci yerdə 17 faizlə buğdanın, üçüncü yerdə isə 6 faizlə arpanın qərarlaşdığı bildirilir. Həmçinin Ukraynadan günəbaxan, soya və digər məhsullar ixrac edilib.

Ukraynanın kənd təsərrüfatı naziri, oktyabrın sonuna kimi kənd təsərrüfatı məhsullarının ixracının 6-6,5 milyon tonadək artacağını bildirib.

Oxşar