Media tərəfindən yayılan məlumatda Rusiya ordusunun Krivoy Roqa növbəti raket hücumu həyata keçirdiyi deyilir

16:27, 15.09.2022

 

Rusiya ordusu Krivoy Roq şəhərinə növbəti raket zərbəsi endirib. Bu barədə Ukrayna mətbuatı Krivoy Roq Hərbi Administrasiyasının rəhbəri Aleksandr Vilkula istinadən xəbər verir.

Hərbi Administrasiyanın rəhbəri rusların Krivoy Roq istiqamətində qanadlı raket atdığını və raketin müəssisələrdən birinə düşdüyünü dəqiqləşdirib. İlkin məlumatlara görə, itki yoxdur.

“Düşmən bizi gündəlik həyəcan siqnalları və raketlərlə qorxutmaq istəyir, lakin heç nə alınmayacaq” -deyə Vilkul yazır.

Xatırladaq ki, sentyabrın 14-də Rusiya ordusu Krivoy Roqda yerləşən hidrotexniki qurğu istiqamətində səkkiz qanadlı raket buraxıb. Nəticədə İnhulets çayında suyun səviyyəsi qalxıb, 112 evi su basıb. Bəzi rayonlarda vətəndaşlara su verilmir.

Oxşar