Media tərəfindən yayılan məlumatda Rusiya işğalçı qüvvələrinin Qərbi Ukraynadakı hərbi obyektləri bombaladığı deyilir

19:51, 13.10.2022

 

Rusiya işğalçı qüvvələri Ukraynanın qərbindəki hərbi obyektləri bombalayıb. Ukrayna mətbuatı rus hərbçilərin Qara dəniz regionundan “Kalibr” qanadlı raketlər atdığını yazır.

Lvov və Ternopol vilayətlərində partlayış səslərinin eşidildiyi bildirilir.

Lvovun regional rəhbərliyi rus hərbçilərinin hərbi obyektə 3 raket atdığını, onlardan birinin Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini bildirir.

“Qərb” Hərbi Hava Komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri ümumilikdə dörd qanadlı raketi məhv edib. Bütün Ukrayna ərazisində hava hücumu ilə əlaqədar həyəcan siqnalı rejimi yenə də davam edir.

Oxşar