Media tərəfindən yayılan məlumatda Rusiya qüvvələrinin Vinnitsa vilayətində istilik elektrik stansiyasını bombaladığı, Ladijin şəhərində 18 min vətəndaşın istiliksiz qaldığı deyilir
Rusiya qüvvələri Ukraynanın Vinnitsa vilayətində istilik elektrik stansiyasını bombalayıb. Ukrayna mediası bu barədə məlumatı Vinnitsa Hərbi Vilayət Administrasiyasının rəhbəri Sergey Borzovun yayması ilə bağlı məlumat verir.
O istilik elektrik stansiyasına hücum nəticəsində Ladijin şəhərində istiliklə bağlı problemlərə görə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. 18 min şəhər sakini istiliksiz qalıb.
“Ladijində hərbi xarakterli fövqəladə vəziyyət yaranıb – belə bir qərarı texnogen-ekoloji təhlükəsizlik və fövqəladə hallar məsələləri ilə məşğul olan dairə komissiyası qəbul edib. Ladijin İES-ə raket hücumu şəhərin istilik təchizatı şəbəkələrində qəzaya səbəb olub” – deyə Borzov bildirib.
O bildirib ki, Ladijin merinin müraciəti nəzərə alınaraq, şəhərdə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün fövqəladə qərargah fəaliyyət göstərəcək.