Media tərəfindən yayılan məlumatda Nikol Paşinyanın Şarl Mişellə telefonla danışdığı deyilir

12:02, 13.09.2022

 

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefonla danışıb və Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyət barədə məlumat verib. Bu barədə erməni mətbuatı yazır.

“News Am”in məlumatına görə, Ermənistan hökumətinin başçısı ilə söhbət zamanı Şarl Mişel sabitlik və sülhün vacibliyinə diqqət çəkib və gərginliyin daha da artmasının qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu bildirib.

Ermənistanla Azərbaycan sərhədində gecə yarısı başlayan toqquşmalar gecə boyu davam edib. Tərəflər vəziyyətin gərginləşməsinə görə bir-birlərini ittiham edirlər.

Oxşar