Media tərəfindən yayılan məlumatda Konqresin Nümayəndələr Palatasında respublikaçıların Bayden administrasiyasına qarşı araşdırmalara və mümkün impiçment prosedurlarına başlamağı planlaşdırdığı deyilir
Konqresin Nümayəndələr Palatasında respublikaçılar Bayden administrasiyasına qarşı araşdırmalara və mümkün impiçment prosedurlarına başlamağı planlaşdırırlar.
Amerika mətbuatı tərəfindən yayılan məlumatda, Konqresin aşağı palatasında səs çoxluğu əldə etdikdən sonra respublikaçıların kiçik bir qrupunun Bayden administrasiyası üçün problemlər yaratmağı planlaşdırdığı deyilir, bu isə ölkə prezidentinin oğlu Hanter Baydenin barəsində istintaqların başladılmasını, “Covid-19″un mənşəyini, ABŞ Ədliyyə Nazirliyinin siyasiləşdirilməsi ittihamlarını və ABŞ-ın Əfqanıstanı tərk etmək məsələsini nəzərdə tutur.
Respublikaçılar Hanter Baydenin varlanmaq üçün atasının uğurlu siyasi karyerasından istifadə etdiyini iddia edirlər.
“NBC”nin yazdığı üzrə, demokratların iki dəfə prezident Donald Trampın impiçmentini dəstəkləməsindən sonra onun Konqresdəki bəzi müttəfiqləri cavab addımı atmaq istəyirlər.