Media tərəfindən yayılan məlumatda, İsrail ordusunun hərbi əməliyyat zamanı Qəzza zolağında "İslami Cihad" radikal qruplaşmasının liderini məhv etdiyi deyilir
Media tərəfindən yayılan məlumatda, İsrail ordusunun hərbi əməliyyat zamanı Qəzza zolağında "İslami Cihad" radikal qruplaşmasının liderini məhv etdiyi deyilir

 

İsrail ordusu genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində Qəzza zolağında “İslami Cihad” radikal qruplaşmasının liderini məhv edib və cəmdə, ən azı 10 nəfərin öldüyü barədə məlumat yayılır. Qəzza zolağının idarəçisi HƏMAS-ın məlumatına görə, ölənlər arasında beş yaşlı uşaq da var. Bombardıman nəticəsində 55 nəfər xəsarət alıb.

İsrail döyüş təyyarələri və pilotsuz uçuş aparatları “İslami Cihad”ın 6 obyektinə zərbə endirib.

İsrailin baş naziri Yair Lapid və İsrailin müdafiə naziri Benni Qantz birgə bəyanatda bildiriblər ki, İsrail “terror təşkilatlarının Qəzza zolağına yaxın şəhərlərdə öz gündəmlərini təyin etməsinə və İsrail vətəndaşlarını təhdid etməsinə imkan verməyəcək”.

İsrail müdafiə naziri 25 min rezervistin orduya çağırılmasını əmr edib.